• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 13.07.2018 15:48

Baş konsul Gəncədəki hadisələrə münasibət bildirib

KepezTV Player

Türkiyənin Gəncədəki Baş Konsulu Orxan İşık mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə 15 iyul hadisələrindən və iki il ərzində aparılan işlər nəticəsində aydınlaşan məqamlardan danışıb. Dövlət çevrilişi cəhdinin Türkiyə tarixində çətin sınaq olduğunu, həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyinə diqqət çəkib.Həmin hadisələr zamanı Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olduğunu önə çəkərək bunu FETO qruplaşmasının çirkin əməli olaraq xatırladıb.İki il ərzində həmin hadisənin mahiyyəti daha da üzə çıxdığını deyən baş Konsul bu təhlükənin hələ də davam etdiyinin bildirərək vətəndaşları diqqətli olmağa səsləyib.Orxan İşık son dövrlər Gəncədə baş verən hadisələrə də münasibət bildirib.