KepezTV Player
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanı kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində bıçaqlayıb. Zərərçəkmiş xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səid Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.
- Baxış: 988