Gədəbəydə şəhid ailələrinin iştirakı ilə “Sağlam nəsil, sağlam gələcək” adlı konfrans keçirilib. “Sağlamlığın Qorunması” İçtimai Birliyinin təşəbbüsü ilə keçirilən konfransda rayon rəsmləri, millət vəkilliləri, tanınmış həkimlər, eləcə də şəhid ailələrinin üzvləri və rayon sakinləri iştirak edib. Çıxış edənlər Azərbaycanın müasir dövlət siyasətində cəmiyyətin əsasını təşkil edən ailələrin sağlamlığının möhkəmləndirilməsi, ailə dəyərləri və milli ənənələrin qorunub saxlanılması, uşaqların firavan inkişafının təmin edilməsi kimi prioritet məsələlərdən danışıblar. Natiqlər “Korluğun qarşısının alınması, öd daşı xəstəliklərində maddələr mübadiləsinin pozulması, reproduktiv sağlamlığın qorunması və digər mövzularda məruzələr səsləndiriblər. Qarşlıqlı diskusiya şəklində davam edən konfransda müxtəlif xəstəliklərlə bağlı vətəndaşları narahat edən bəzi suallara aydınlıq gətirilib.
Yazgül Abdıyeva Sağlamlığın Qorunması İctimai Birliyinin sədri:Sağlamlıq Qorunması İçtimai Birliyinin əsas məqsədi əhali arasında tibbi marifləndirmə işi aparmaqdır. Yəni xəstəliklərə qarşı proflaktik tədbirlər aparılması daha yaxşı olardı. Çünki ucqar dağ rayonu olan Gədəbəy düşmənlə həmsərhəddir. Buna görə də biz burada tibbi marifləndirməni gücləndirməliyik ki vətəndaşlar ilkin yardım tibbbi propfalaktik tədbirlər planından xəbərdar olsunlar.
Müşfiq Həsənov həkim:İlk növbədə əhalimiz mariflənməlidir ki nə zaman həkimə müraciət etmək olar. Hər hansı ağrı və şikayət olarsa onun üstündən keçmək lazım deyil. Ona ciddi yanaşmaq lazımdır. Bütün bunlar eyni zamanda həkimlərədə bir kömək məqsədi daşıyır. Xəstə vaxtında həkimə müraciət etdikdə ona erkən diaqnoz qoyulur və erkəndə müalicəsi aparılır.
- Baxış: 764