KepezTV Player
Bu gün Gəncədə 3464 nəfər imtahan verməli olsa da onlardan 102 nəfəri imtahanda iştirak etməyib. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəsissələrinin V ixtisas qrupuna və tam orta təhsil bazasından kolleclərə sənəd verən prosesə qatılıb. Ali məktəblərin V ixtisas qrupuna qəbul olmaq istəyən abuturiyentlər 3 fənndən – Azərbaycan dili, Riyaziyyat və Xarici dildən 2 saat 15 dəq müddətində imtahan verib. 9-cu sinif şagirdləri isə 2 fənndən – Azərbaycan dili və Riyaziyyatdan imtahan verərək, 1 saat 30 dəqiqə müddətində bildiklərinin qeydiyyatını aparıblar. Gəncədə 7 binada keçirilən imtahanda şəffaflığının təmin edilməsinə 284 nəzarətçi müəllim və 23 imtahan rəhbəri təhkim olunub.
- Baxış: 798