KepezTV Player
Hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonunun Balçılı kəndi ərazisində baş verib. Tərtər rayon sakini, 30 yaşlı Fuad Aydınzadənin idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb. Sürücü Fuad Aydınzadə xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
- Baxış: 606