Şəmkirdə görmə qabiliyyəti zəif olan şəxslər üçün əla fürsət yaranıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Yaponiyanın “Fuji” humanitar missiyası rayonda olub. Oftalmoloji xəstəliklərdən əziyyət çəkənlər müayinədən keçiriliblər.
Müayinələrdə Şəmkirdə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə yanaşı, yerli sakinlər də iştirak ediblər. Onların sağlamlıq vəziyyətini Yaponiyanın “Fuji” humanitar missiyasının 6 optometrist mütəxəssisdən ibarət heyəti yoxlayıb. Ehtiyac duyan xəstələrə ödənişsiz şəkildə yüksək keyfiyyətli optik eynəklər də verilib.
Səyyarə Alıyeva məcburi köçkün: Şəmkir rayonunda məskunlaşmışıq. Eşitdik ki, Yaponiyadan həkimlər gəlib göz müayinəsi aparırlar. Bu gün gəldik bizi müayinə etdilər. Və eynəklə təmin etdilər.
Kəmalə Həsənova sakin: Mən qızım Zəhranı gətirmişdim. Çoxdandı gözləyirdim ki Şəmkirdə belə bir aksiya keçirilsin. Gözünə görə probelimimiz var idi. Uzaq şəhərlərədə gediridik amma xeyrinik görmürdük. Amma burada eynəklə təmin olunduq. Hər bir şərait yaxşıdır. Həkimlər xüsusi qulluq göstərdilər. Razı qaldıq.
“Fuji” humanitar missiyası Azərbaycandakı fəaliyyəti çərçivəsində 13 il ərzində aksiyalara 2,6 milyon manat vəsait xərcləyib və bundan 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qrupdan olan insanlar yararlanıb.
Elsevər Ağayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin əməkdaşı: Məlumat üçün bildirim ki Yaponiyanın görmə qabiliyyətinin müayinəsi üzrə “Fuji” misiyası Azərbaycan artıq 14-cü hümanita məqsədli səfərini edir. 2005 ci ilddən bu misiyaya başlanılıb. Gəncə şəhərində 3 günlük müayinə başa çatıb. 3 gün ərzində 452 nəfər müayinədən keçib. Ümumilikdə 6 gün ərzində təşkil olunan müayinədə 2500 nəfərin cəlb edilməsi və ödənişsiz eynəklərlə təmin olunması nəzərdə tutulub.
Akio Kanai həkim: Digər regionlarda biz insanlarda yaxıngörmə problemlərini müşahidə edirdik. Ancaq qərb bölgəsində daha çox uzaqgörmə problemlərinə rast gəlinir. Həmin şəxslərə gözlərinin ölçüsünə uyğun eynəklər təqdim etdik. İnsanlar müayinənin nəticələrindən məmnundurlar.
Yaponiyanın “Fuji” humanitar missiyası aksiyanın keçirilməsi üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə edib. Builki aksiyalara Gəncədə məcburi köçkünlərin yaşadığı qəsəbədən start verilib. Şəmkirdən sonra isə humanitar aksiya paytaxt Bakıda davam etdiriləcək.
Natiq Hüseyn
- Baxış: 958