• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 06.07.2018 16:14

Goranboyda pambıqçılğın inkişafına dair müşavirə keçirilib

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi Goranboyda pambıqçılğın inkişafına dair müşavirə keçirib. Müətəxəssislərin və fermerlərin qatıldğı müşavirədə Azərbaycanda pambıqçılığın inkişafı və prespektivləri mövzusuna toxunulub. Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsinin vacibliyi önə çəkilib. Becərmə zamanı bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili vurğulanıb. Çıxışlarda pambıqçıların texnika və gübrə ilə təminatı sahəsində mövcud vəziyyət də diqqətdən kənarda qalmayıb. Müşavirədən sonra nazirlik rəsmləri pambıq sahələrində becərmə işləri ilə tanış olublar. Fermerlərə tövsiyyə xarakterli tapşırıqlar verilib.

İmran Cümşüdov Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri:Məqsədimiz ondan ibarətdir ki pmabıq istehsalında müasir innovativ texnologiyaları tətbiq etməklə məhsul istehsalını artırmaq aqrotexniki qaydaların düzgün və vaxtında aparılmasını təşkil etmək və təsərrüat ilini yüksək gəlirlə başa vurmaqdır.

İsrafil İsmayılov Aqrolizinq ASC-nin şöbə müdiri:Birinci növbədə xırda pay torpağına malik olan fermerlər öz aralarında razılaşma aparmaqla torpaq üzərində mülkiyyətini hüququnu saxlamaqla koperasiyalara getməlidir. Bu günləri ölkəmizdə koperasiyya haqqında qanun qəbul olunub. Bu qanunlar əsasında insanlara şərait yaradılır ki koperasiyalar ittifaqlar və assosasiyalar yaratsınlar.