Son bir neçə gündə havaların kəskin isinməsi, günvurma təhlükəsini aktual edib. Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü biruzə verən günvurmaya qarşı tədbirlər görülməzsə, ciddi fəsadlara yol aça bilər. Qeyd olunan təhlükədən qorunmaq üçün mütəxəsislər ilk növbədə açıq günəş altında az vaxt keçirməyi, hava buraxan yüngül geyimlərdən istifadə etməyi, çoxlu maye qəbulunu və qidalanmada ağartı məsullarından bolluca istifadəni məsləhət görürlər. Xüsusən də isti havalarda uşaqların və xroniki xəstələrin, günorta saatlarında açıq günəş altında olmaları riskli hesab edilir. Hələlik günvurma və istivurma ilə bağlı Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət daxil olmayıb. Anomal istilərin önümüzdəki günlərdə də davam edəcəyini nəzərə alaraq ehtiyat tədbirlərini əldən verməmək məsləhət edilir.
Namiq Nəbiyev Gəncə Şəhər TTYS-nın baş həkimi: Belə hallarda təcili yardım briqadaları gələnə qədər xəstəyə yardım olunmalıdır. Bu yardımlar nələrdir? İlk növbədə hadisə baş verən yerdən xəstəni kölgəli bir yerə aparmaq lazımdır. Bədəndə havanın oynaması üçün üst paltarları açmaq lazımdır. Bundan sonra soyuq suya batırılmış dəsmallarla xəstənin alın, qoltuq altlarına, sinəyə və ayaq nayihəsinə dəsmallar qoymaq lazımdır. Soyuq olmamaq şərti ilə sərinləşdirici içkilər vermək lazımdır.
- Baxış: 724