• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 30.06.2018 13:11

Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun bir hissəsi əsaslı şəkildə yenidən qurulur

KepezTV Player

İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır. Layihə ümumilikdə 34,4 km-lik yolu əhadə edir ki,ilkin olaraq 13,5 km hissənin çəkilməsinə başlanılıb. Bu mərhələ Göygöl rayonunun Yeni Zod kəndindən başlayaraq Hacıkənd qəsəbəsi və Gəncə-Göygöl avtomobil yolunu əhatə edir. Mövcud yolun asfalt örtüyünün qaşınması, su keçidlərini yenilənməsi, sərt döngələrdə beton sədlərin qurulması və yolun genişləndirilməsi işləri aparılır. Bu günə kimi 5 km məsafədə yeni asfalt-beton örtüyünün döşənməsi yekulaşıb. Layihənin 2-ci mərhələsi Göygöl, Maralgöl istiqamətində çəkilən yeni yolun birləşdiyi yerə qədər olan hissəni əhatə edəcək.

Anar Nəcəfli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri:Yol boyu zəruri olan yerlərdə yarasız qurunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Yol yatağı hazır olan hissələrdə asfaltlama işləri aparılır. Payız ayalarına qədər sözügüdən yolda işlərin yekunlaşdırılması nəzərdə tutulur. Növbəti ildə isə Gəncə Kəlbəcər Lacın avtomobil yolunun göygöl Yeni Zod hissəsinin yenidən qurulması nəzərdə tutulub.