Yarış yubilyarın uzun illər çalışdığı Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə reallaşıb.
Şahin Nəcəfi 32 illik əmək fəaliyyəti dövründə 100-lərlə uşaq və yeniyetməyə futbolun sirlərini öyrədib. O, Gəncə futbolunda bacarıqlı mütəxəssis kimi tanınıb.
Turnirə gəlincə, təxminən ayyarım müddətində davam edən yarışda 10 komanda iştirak edib. Kollektivlər 2006-07-ci il təvəllüdlü futbolçulardan ibarət olub. Komandalar əvvəlcə iki qrupda mübarizə aparıb. Bu mərhələnin yekunlarına əsasən, Azəri və TİM finalda, Uğurla Təbriz 3-cülük uğrunda yarışıblar. Bürünc medallar rəqibini 1:0 hesabı ilə məğlub edən Uğura qismət olub. Baş mükafat uğrunda Azəri ilə TİM-in mübarizəsi isə penaltilər seriyasına kimi uzanıb. Daha dəqiq oynayan Azəri yarışın qalibi adını qazanıb.
Oyunlar başa çatdıqdan sonra komandaların mükafatlandırma mərasimi keçirilib. Yubilyarı təbrik edən həmkarları ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Ardından komandalara fəxri fərman və kuboklar təqdim olunub. Müxtəlif nominasiyalar üzrə seçilən oyunçuların əməyi ayrıca dəyərləndirilib. Belə ki, ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və digər fərqlənən futbolçular hədiyyəsini alıb.
Orxan Cəfərzadə
- Baxış: 1999