Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan digər 1 nəfər şəxs qaçmağa müvəffəq olub. Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini, 29 yaşlı Heydər Əkbərov və Cəlilabad rayon Göytəpə qəsəbə sakini, 30 yaşlı Babək Həsənov olmaları müəyyən edilib. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 482