Dizelli pikap Volkswagen Amarok 32,3 metrlik və 42,9 tonluq tramvayı çəkib aparmağa nail olub. Videoçarx markanın Macarıstan bölməsində qeydə alınıb. Eksperimentdə iştirak edən Amarok 6 silindrli 3 litrlik 258 at güclü dizel motora sahibdir. Qısa artım sistemi sayəsində at gücü 271-ə də çata bilər. 2000-ci illərdə isə V10 dizel aqreqatla işləyən Volkswagen Touareg 155 tonluq Boeing 747 təyyarəsini çəkib aparmağı bacarmışdı. Ondan sonra bu tip testlər digər brendlər tərəfindən də keçirilməyə başlanıb.
- Baxış: 1179