• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 28.06.2018 12:58

Oğuz sakini narkotik vasitə satarkən tutuldu

KepezTV Player

Oğuz rayonunun Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədov narkotik vasitə olan qurudulmuş marixuana satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Sellofan torbanın içərisində 38 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 201 qram, digər sellofan torbanın içərisindən isə 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.