• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 28.06.2018 12:56

Qonşuların mübahisəsi qanlı bitdi

KepezTV Player

Masallı rayonunun Ərkivan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 25 yaşlı Ruslan Abdullayev yaşadığı evin yaxınlığında 21 yaşlı Xəyyam Fərziyev ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Abdullayev üzərində gəzdirdiyi bıçaqla qonşusunu bıçaqlayaraq ağır xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Abdullayev saxlanılıb.