Şəmkirdə biçilməmiş taxıl sahələri yanıb. Bu gün saat 16.0 radələrində rayonun Mahmudlu kəndində Elməddin Məmmədova məxsus taxıl sahəsində yanğın baş verib. Alov qısa zamanda qonşuluqda olan Fəxrəddin Namazova məxsus sahəyə də keçib. Əraziyə Şəmkir rayonundan bir yanğınsöndürmə briqadası çağırılıb. Görülən tədbirlərə baxmayaraq, 4 ha sahənin 3,5 ha hissəsi yanaraq külə dönüb. Yanğının başvermə səbəbləri araşdırılır.
Vaqif Məmmədov - zərərçəkən: Günorta biz evdəydik, zəng etdilər ki, sahə yanır. Qonşuda traktorlar var, traktorlar, kotanlarla aranı kəsdi, indi də yanğınsöndürənlər gəlib. Yanğınsöndürənlər bundan sonra nəyə lazımdır? Atalar deyir ki, toydan sonra nağara gəlməkdir. Taxıla maraq budur bizdə. Bir ay bundan əvvəl biçiləsidir, biçə bilmirik. Komabyn yoxdur.
Natiq Hüseyn
- Baxış: 972