3372 9-cu və 2647 nəfər 11-ci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. 21 rəhbəri və 262 nəzarətçi-müəllimin cəlb edildiyi proses şəhərdə 6 binada baş tutub. İmtahan 9-cular üçün saat 10-da, 11-ci sinif şagirdləri üçün isə saat 15-də başlayıb. 2 saat ərzində məktəblilər azərbaycan dili, riyaziyyat və xarici dildən biliklərini sınayıb.
Nəsimi Məmmədov - DİM Gəncə Regional Mərkəzinin müdiri: “Bilirsiz, artıq DİM tərəfindən 9cu sinifdə təhsil alan şagirdlər üçün iki növbəli imtahan prosesi iki mərhələdə keçirilir. Belə ki, birinci mərhələ aprel ayında keçirilən imtahanlar artıq nəticələr DİMin rəsmi internet saytında hər bir şagirdlərə, hansı ki, krukilum tədrisi ilə keçirilən həmin nəticələr artıq şagirdlərə məlumdur. Ikinci imtahanın nəticəsi isə, imtahanlar bitdikdən sonra, təbii ki, onların protokolları, imtahanların cavab kartları emal olunur. Yaxın iki – üç gün ərzində DİM rəsmi internet saytında imtahanda iştirak edən 9 və 11 ci sinif şagirdlərin nəticəsi elan olunacaq.”
- Baxış: 750