Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsi davam etdirilir. 7 aya yaxındır ki, aparılan işlər şəhərin mərkəzi küçə və prospektlərində yekunlaşdırılır. Bu günə qədər 80 km kanalizasiya kollektoru, 87 km ana su xətti çəkilib. Bununla yanaşı, müxtəlif diametrli qidalandırıcı, 16 km kanalizasiya və 10 km su xətti də yenilənib. Hazırda işlər əsasən şəhərin 20 küçə və prospektində davam etdirilir. 30 küçədə su və kanalizasiya xəttləri yenilənib, sınaq işləri aparılıb və qazılan yollar asfaltlanıb. Layihənin başa çatdığı Gülüstan qəsəbəsində, Əziz Əliyev küçəsində və Nəriman Nərimanov, H. Əliyev, Atatürk prospektinin bir hissəsində yeni xəttlə abonentlərə suyun verilməsi təmin olunub. Piyadaların və avtomobillərin daha intensiv hərəkət etdiyi Nizami prospektinin bir hissəsində bir neçə aydır ki, aparılan işlər isə son tamalanma mərhələsindədir.
Orxan Abdullayev - layihə rəhbəri: Bundan əlavə Zərifə Əliyeva, Vəli Xuluflu, Üzeyir Hacıbəyov, Hüsyn Cavid, Veteranlar küçəsində hazırda sayğaclaşma işləri aparılır və bu işlər bitəndən sonra abonentlər içməlui suyla və kanalizasiya ilə təmin olunacaqlar.
- Baxış: 1231