KepezTV Player
Şəkidə 13 yaşlı oğlanı ilan sancıb. Çayqaraqoyunlu kənd sakini Rəmzi Mahmudov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Yeniyetmə ailəsinə məxsus ot sahəsində işləyən zaman ilan qəfildən onun sağ ayağın topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəmzi Mahmudova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
- Baxış: 484