![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/toyota_0.png?itok=hGKIOiKv)
American Racing Headers adlı tüninq-atelye özünün yutub kanalında Toyota Prius bazasında yığılmış dreqsterin gedişini paylaşıb. Maşın 8 silindrli Hellcat motoru ilə təchiz olunub və ötən il SEMA avto-şousunda debüt edib. 6,2 litrlik 717 at güclü mühərrikdən fərqli olaraq bu dəfəki 811 at gücün yığır. Yeni Prius 6 pilləli mexaniki Tremec adlı sürət qutusuna malikdir. İlk 402 metri avtomobil 9 saniyəyə yerinə yetirir. Bir qədər düzəliş etməklə bu göstəricini daha da yaxşılaşdırmaq olar. Adi Priusdan qalan isə təkcə kuzovdur.
- Baxış: 1262