Gəncədə Nəqliyyat idarəsinə yeni xidməti minik avtomobilləri verilb. Hər 3 nəqliyyat vasutəsi yerli istehsaldır və Neftçalada yığılıb. Xidməti avtomobillərə baxış keçirən nəqliyyatçılar texniki imkanları, funksionallığı, üstün cəhətləri ilə tanış olaraq bu nəqliyyat vasitələrinin xidmət aparmağa imkan verdiyinə diqqət çəkiblər. Ümumilikdə iyulun 2-ci ongünlüyündə daha 2 avtomobil nəqliyyatçıların ixtiyarında olacaq.
Murad Səttərov Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı yanında Nəqliyyat İdarəsinin rəisi: “Bizdə keçən il bu istehsallar yox idi. 2017-ci ildə Naxçıvan istehsalı olan Nazlifan aldıq. Əlavə avtomobil almamışıq ancaq yerli istehsal almışıq. Xəzər avtomobil zavodunnan ən birinci ilkin olaraq bizim idarə tərəfindən alınıb. İlk sifarişçisi də biz olmuşuq. Bundan əlavə şəhərdə sərnişinlərin istifadəsinə verilməsi üçün 20 dənə bu gün avtomobil zavodunun baş ofisi ilə danışıldı, taksi faəliyyəti üçün sərnişinlərin istifadəsinə veriləcək avtomobillərdə gətiriləcək”.
Elnur Vahidoğlu
- Baxış: 1658