• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 25.06.2018 14:33

"Federasiya kuboku"na yekun vurulub

KepezTV Player

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə ilk dəfə olaraq keçirilən komandalararası "Federasiya kuboku"na yekun vurulub. Yarış Göygöldə reallaşan final mərhələsi ilə başa çatıb.

Həlledici mərhələdə 4 komandanın yeniyetmə tatami ustaları mübarizə aparıb. Finalda region yarışlarının qalibi olmuş Bakı, Sumqayıt və Şimal-Qərb cüdoçuları iştirak edib. Paytaxt kubok mübarizəsində iki komanda ilə təmsil olunub. Hər komandanın heyətində müxtəlif çəki dərəcələrinə uyğun 7 idmançı yer alıb.

"Federasiya kuboku" bu ilin sentyabrında Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunan yarışdır. Bu turnir eyni zamanda regionlarda cüdonun inkişafına dəstək verməyə hesablanan layihədir.  

Dairəvi sistem üzrə keçirilən yarışı Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlər briqadası idarə edib. "Federasiya kuboku"nun qalibi bütün rəqiblərindən üstün olan "Bakı - 1" komandası olub. "Şimal-Qərb" komandası yarışın gümüş medalını qazanıb. "Bakı-2" və "Sumqayıt" komandaları bürünc mükafatlarla kifayətlənib.

Azad Rəfi