• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 25.06.2018 14:41

Samuxun Kür qırağı kəndlərində məhsuldarlıq rekord həddə çatıb

KepezTV Player

Əkinçilikdə pivot suvarma sistemindən istifadə yüksək məhsuldarlığa gətirib çıxarır. Bu suvarma suyana qənaət etməyə də imkan verir. Samux rayonunun Qırmızı Samux qəsəbəsində dənli bitkilərin əkini ilə məşğul olan femerlər yüksək məhsuldarlığa nail olublar. 

Nizami Kazımov - baş aqronom: Samux rayonunun Ceyrançöl ərazisində 2640 hektar ərazidə taxıl əkilib. Bugünədək 1200 hektar sahədə biçin başa çatıb. Orta məhsuldarlıq 5,4 ton civarındadır.

Düzgün aqrotexnki qulluq və müasir suvarma metdotundan istifadə Samuxun Qırmızı Samux qəsəbəsində taxıl sahələrinin məhsuldarlığını rekord həddə çatıdırıb. Bu il zəmilərdən məhsuldarlıq 60 sentnerdən yuxarıdır. Səpindən biçinədək prosesə nəzaərət edən almaniyalı mütəxəssislər yüksək məhsuldarlığa tək suvarma ilə deyil, həm də  düzgün toxum seçimi ilə nail olunduğuna diqqət çəkir.

Aleksandr Cudreli - alman mütəxəssis: 2016-cı ilin mart ayından Azərbaycandayam. Bu torpaqlar heç bir vaxt əkilməmişdi. Ancaq 3 ildir burada bərpa işləri görülüb və bu günkü nəticə göz qabağındadır. Bu ərazidə yüksək məhsul almağımızın əsas səbəbi müasir aqrotexnikadan və toxum sortlarından düzgün istifadədir.

Ötən il rayon ərazisində 9 min hekatara yaxın sahədə dənli bitkilər əkilib. Və 21 min ton məhsul götürülüb. Bu il səpin aparılan sahələrin bir qədər genişləndirilməsi də məhsulun bolluğuna zəmn yaradıb. 

Rahil Həsənov - Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: Bu gün artıq biz arpa sahələrinin biçinini başa çatdırırıq. Məhsuldarlıq 32,8 -33 sentner arasındadır. Buğda üzrə 2000 hektar sahə artıq biçilib. Məhsuldarlıq 40 sentnerdən yuxarıdır.

Zəmilərdə biçinin gedişi ilə tanış olan rayon rəhbərliyi prosesin vaxtında və itkisiz başa çatdırılması üçün zəruri tədbirlərin görüldüyünü vurğulayıb. Fermerlər və xarici mütəxəssislərlə növbəti ilin hədəfləri də müzakirə edilib. Gələn il taxıl sahələrinin bir qədər də genişləndirilməsi qərara alınıb.

 

Natiq Hüseyn