KepezTV Player
Oğuzda 3 tona yaxın narkotik tərkibli bitki məhv edilib.Oğuz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.Tədbir zamanı rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında ümumi çəkisi 2 min 900 kiloqram olan 8400 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkarlanıb. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır. Əməliyyat tədbirləri xaş-xaş 2018 planına uyğun olaraq həyata keçirilir.
- Baxış: 686