• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 25.06.2018 13:27

Xalası qızını qətlə yetirib polisə təslim oldu

KepezTV Player

Hacıqabulda, Muğan qəsəbəsində qətl hadisəsi olub. Hacıqabul sakini, 24 yaşlı Ayəddin İsmayılzadə xalası qızı - 24 yaşlı Rəvanə Məliklinin boğazını kəsib. Məlumata görə, gənc qız nənəsi ilə yaşayıb. Evə daxil olan İsmayılzadə xalası qızının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb. Daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Rəvanə Məliklinin bir bacısı da qətli törədən Ayəddin İsmayılzadənin qardaşının həyat yoldaşıdır. Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.