• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 21.06.2018 23:36

Narkotikə görə oğurluq etdi

KepezTV Player

Paytaxtın Xəzər rayonu 2-ci polis şöbəsinə may və iyun ayları ərzində Buzovna qəsəbəsi Alabalıq yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən oğurluqlar edilməsi ilə bağlı müraciətlər daxil olub.  Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  Albalıq yaşayış massivinin sakini 27 yaşlı Namiq Salayev saxlanılıb. O, törətdiyi cinayətləri etiraf edib. 3 aydır ki, narkotikə qurşanan Namiq tanıdığı şəxslərin evlərini bu zəhərə olan tələbatını ödəmək üçün soyduğunu deyib.