• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 21.06.2018 14:11

Ər arvadını bıçaqladı

KepezTV Player

Şamaxıda bıçaqlanma hadisəsi baş verib.Meysəri kəndində 1986-cı il təvəllüdlü Əlqəmayeva Zəhra Güloğlan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.Dörd bıçaq zərbəsi alan qadın yaxınlarının köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.Xəstəxanadan verilən məlumata görə, Z.Əlqəmayeva sifətin sağ nahiyəsinin ağız boşluğuna dəlib keçən yaraları, üz, alın və baş nahiyəsindən kəsilmiş-deşilmiş yaralar ilə Cərrahiyyə şöbəsinə daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstə cərrahi əməliyyatdan sonra palataya yerləşdirilib.Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ər-arvad arasında bundan əvvəl də bənzər hadisəsinin yaşandığı və qadının ciddi xəsarətlər aldığı bildirilir.Faktla bağlı araşdırma aparılır.