• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 21.06.2018 13:55

Bankomatdan pul çıxaran gənc bıçaqlanaraq öldürülüb

KepezTV Player

Paytaxtda ağır cinayət hadisəsi baş verib.Sabunçu rayonu, Maştağa qəsəbəsində naməlum şəxs 22 yaşlı Vüqar Məmmədovu qətlə yetirib, 21 yaşlı Kənan Səlimovu isə yaralayaraq hadisə yerindən qaçıb. Yaralı Kənan Səlimov xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükə olmadığı  bildirilir. Qətlin tamah məqsədilə törədildiyi ehtimal olunur. Belə ki, Vüqar Məmmədov işlədiyi marketin qarşısındakı bankomatdan pul çıxaran zaman naməlum şəxs ona yaxınlaşaraq pulu tələb edib. Bundan sonra tərəflər arasında mübahisə düşüb, naməlum şəxs cibindən bıçaq çıxarıb. Bunu görən Kənan Səlimov mübahisə edənləri ayırmaq üçün araya girib, nəticədə zərbə ona dəyib. Naməlum şəxs mübahisəsini bununla bitirməyib, Vüqara da iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.