• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 20.06.2018 13:23

Ölkəyə qaçaqmalçılıq yolu ilə telefon gətirmək cəhdinin qarşısı alındı

KepezTV Player

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 80 ədəd müxtəlif markalı mobil telefon, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb. Faktla bağlı araşdırma aparılır.