![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/lotuas.jpg?itok=BJiQtKHf)
Lotus rəsmiləri Exige model ailəsinə yeni avtomobil qatıblar. Bu, Exige Cup 430 modifikasiyasının bazasında yığılan Exige Sport 410 maşınıdır. İctimai yollar üçün nəzərdə tutulan avtomobil yeni mühərrik, şassi, asma və aerodinamik komponentlər qazanıb. 1054 kiloqramlıq sportkar 3,5 litrlik V6 motorla şütüyür. At gücü isə 416-ya bərabərdir. Aqreqat 6 pilləli mexaniki sürət qutusu ilə birləşir. Yerindən 96 km/saat sürəti maşın 3,3 saniyəyə yığır. 290 km/saat isə onun maksimal sürətidir. İkiqapılının karbon lif materialından aerodinamik elementləri, Exige Cup 430-dan ön splitteri və alüminium diffuzoru var. Lotus Exige Sport 410-un təchizat siyahısına tənzimlənən amortizatorlar, 4 porşenli supportları olan tormozlar və Michelin Pilot Sport Cup 2 təkərləri daxildir.
- Baxış: 824