• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 12.06.2018 14:17

Tövlə uçdu, 137 qoyun tələf oldu

KepezTV Player

Şəmkirdə fərdi təsərrüfatda saxlanılan 150 başa yaxın qoyun tələf olub. Səbəb xırdabuynuzlu heyvanların saxlandığı tövlənin uçmasıdır.

Şəmkir rayonunun Abbaslı kəndi ərazisində güclü yağış köhnə tövlənin uçmasına səbəb olub. Həmin vaxt içəridə olan 300 qoyundan 137-i dağıntılar altında qalaraq tələf olub. Təsərrüfat sahibi Arzu Məmmədovun sözlərinə görə, sovet dönəmindən qalan köhnə tikilinin torpaq damı 2 gün əvvəl başlayan güclü yağıntı nəticəsində ağırlaşıb və tövlə yükə tab gətirə bilməyib.

Arzu Məmmədov  təsərrüfat sahibi: “Qonşuların köməkliyi ilə biraz salamat çıxardıq. 137 başda tələf oldu. Təxminən 25 min manat ziyan dəyib təsərrüfata”

Ərazidə Şəmkir rayon Baytarlıq İdarəsinin əməkdaşları proflaktik tədbirlər aparıb. Dağıntılar altında qalan heyvanlar çıxarılıb.

Məmməd Qasımov  Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Həkimlərimiz və dezinfeksiya maşını ilə birlikdə gəlmişik. Uçqun olub 130 başa yaxın xırda buynuzlu altında qalıb məhv olubdur. Bir neçə heyvanda zədələnibdir. Hazırda zədəli heyvanlara baytar qulluğu gedir”

Ölən heyvanların xüsusi qazılmış çalalarda basdırılması və dezinfeksiya işləri baytarların nəzarəti altında aparılıb.