• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 11.06.2018 14:30

DİM Gəncədə ali təhsil ocaqlarında tədbir keçirib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Gəncədə ali təhsil ocaqlarında təhsil alan bakalavr və magistrlərinin iştirakı ilə dövlət qulluğunun sisteminin mahiyyəti və əhəmiyyəti Якорьmövzusunda tədbir keçirib. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunan görüşdə Dövlət qulluğu və digər kadr məsələləri sahəsində Azərbaycan modelindən bəhs edilib. Və bu modelin beynəlxalq səviyyədə tanındığından, Avropa və Asiyada böyük maraqla qarşılandığı qeyd edilib. Daha sonra tələbələrə dövlət qulluğunun əhəmiyyəti, cəlbedici tərəfləri, karyerada inkişaf və dövlət qulluğuna qəbulla bağlı bir çox məlumatlar verilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bəhram Xəlilov - Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini: Biz Azərbaycan respubliasının dövlət qulluğuna qəbul modeli dedikdə nəyi nəzərdə tuturuq. Bir neçə yeniliklər biz tətbiq etdik. Bu ilk növbədə müsahibə qruplarına içtimai təşkilatların, ali təhsil müəsisələrindən və xüsusilədə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qeyri hökümət təşkilatlarından nümayəndələr dəvət etdik. Bu nümayəndələr müsahibələrdə iştirak edirlər və namizədin vakant dövlət qulluğu vəzifəsinə uyğun olub olmadığını barəsində özləri müstəqil qərar verirlər.