• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 11.06.2018 14:19

Qərb bölgəsində çəyirtkələrə qarşı kimyəvi mübarizə aparılır

KepezTV Player

Qərb bölgəsində sürü halında yayılan Mərakeş çəyirtkəsinə qarşı kimyəvi mübarizə tədbirləri Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları tərəfindən aparılır. Ağstafa rayonun dağlıq ərazilərində və Çeyrançöl hissəsində fitosanitar tədbirlər görülüb.

Qərb bölgəsi mərakeş və italya çəyirtgələrinin çoxalması üçün münbit şəraitə malik olduğundan fitosanitar tədbirlər Ağstafanın 2 min hektara yaxın sirayətlənmiş ərazisində aparıb. Kəndlərə və əkin sahələrinə yaxın yerlərdə aşkar olunan zərəvericilərin təhlükəliliyi minumuma endirilib.

Bu günə kimi qərb regionunda 7 min hektar ərazidə çəyirtgələrin yayılması müəyyən eilib. Zərəvericilərin ən çox miqrasiya etdiyi məkan isə Çeyrançöl və Kür qırağı sahələrdir.

Camal Quliyev - Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: “Gürcüstan respublikasını Siqnaki və Gerorqi rayonundan bizim Çeyrançöl ərazisinə kütləvi şəkildə mərkaeş və italya çəyirtgələrini miqrasiyası baş veribdir. Döblət xidməti həmin ərazidə təxirəsalınmaz tədbirlər aparıb 2 min hektarda. Eyni zamanda Dövlət Sərhəd Xidmətinə müraciət olunaraq sərhədin neytral ərazisində monitorinqlərin və ehtiyac olarsa mübarizə tədbirlərin aparılması üçün icazə alındı. Monitorinqlərin nəticə olaraq çəyirtgələrin hamısını Azərbaycan ərazisinə miqrasiya etdiyi məlum oldu və mübarizə tədbirləri nəticəsində əkin sahələrinə gəmiricilərin keçməsini qarşısı alındı.”

Bu günə kimi respublika üzrə 35 min hektarda bu zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb və proses davam etməkdədir. Çəyirtgələr 250 kilometr məsafəni uça bilir və bir neçə saat ərzində əkin sahəsini yararsız hala salır.

 

Xaliq Qurbanlı