• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 09.06.2018 17:28

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” layihəsi üzrə respublika müsabiqəsinin zona mərhələsi Gəncədə baş tutub

KepezTV Player

3-cü ildir keçirilən müsabiqə heyvan cinsləri və bitki sortlarının qorunub saxlanılması, aqrar biomüxtəlifliyin artırılması məqsədi ilə reallaşıb. Təhsil, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin birgə əməkdaşlığı ilə həyata keçirilən tədbirin zona mərhələsində Gəncə və ətraf rayondan olan məktəblilər, müvafiq rayon üzrə Uşaq Gənclər İdman Məktəblərinin dərnək üzvləri iştirak ediblər. Müsabiqədə Qazax, Şəmkir, Goranboy, Göygöl, Tovuz, Naftalan, Samux olmaqla 7 rayon və eləcə də, Gəncə Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandaları öz yetişdirkdiləri ekoloji təmiz məhsulları sərgiləyiblər.

Sevinc Ələkbərova Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: “Aqrobiomüxtəliflik və ekoloji təmiz məhsul” layihəsinin Gəncə-Qazax zonası üzrə 3-cü mərhələsi keçirilir. Müsabiqə çox maraqlıdır”.

Lalə Dadaşova Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini:“Məqsədimiz davamçılarımız olan gənc nəslə, məktəblilərə bu bilikləri aşılamaq, fərdi, fermer təsərrüfatında yerli sortları becərmək, artırmaq, inkişaf etdirmək və ölkə ərazisindı yayılmasına kömək etməkdir”.