KepezTV Player
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları xidməti ərazilərində yol kənarında qan içində hüşsuz vəziyyətdə olan qadın aşkarlayıblar. Polis əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar. Ona tibbi yardım göstərilib. Həkimlər qadında bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Araşdırmalar zamanı bıçaqlanan şəxsin 45 yaşlı Dilarə Quliyeva olması müəyyən edilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirildiyindən onu dindirmək mümkün olmayıb. Faktla əlaqədar Nərimanov rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
- Baxış: 543