KepezTV Player
Xəzər Rayon Polis İdarəsi 2-ci polis şöbəsinin əməliyyatçıları Heydər Əliyev adına Hava limanından Bilgəh qəsəbəsinə gedən magistral yolun kənarlarında kanalizasiya sistemi üçün quraşdırılmış dəmir barmaqlıqları oğurlayan şəxsi saxlayıblar. Buzovna qəsəbə sakini 34 yaşli Cavidan Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. O, oğurluğu özünə məxsus Maz markalı avtomobillə edib. 100-dən artıq dəmir barmaqlığın hər birini metal qəbulu məntəqəsinə 3 manata satdığını deyən Cavidan cinayəti 1 ay ərzində törətdiyini bildirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
- Baxış: 711