Citroen-ə məxsus DS markası Pekində X E-Tense adlı konseptual sportkar təqdim edib. Prototipin özəlliyi sərnişin və sürücü bölmələrinin bir-biriləri qarışıq kuzova malik olmasıdır. Şassi adaptiv asmalı karbon lif materialındandır. Güc sistemi isə iki elektromotordan ibarətdir. Onların hər ikisi ön oxlarda yerləşdirilib. Ümumi güc standart rejimdə 544-ə, yarış rejimində isə 1360-a bərabərdir. DS X E-Tense-də sürücü piramidal oturacaqda əyləşir. İçəridə dəri və plastik materiallardan istifadə olunub. Sərnişin üçün dəri, ağac və metaldan dekorativ panelli bağlı kapsul əlçatandır. O, massaj və ventilyasiya funksiyalarına malikdir. 2035-ci ildə istehsalına başlanacaq maşın zərbələrdən sonra özü bərpa olunmaq iqtidarındadır.
- Baxış: 848