KepezTV Player
Ölkə xaricində çıxış edən çox azsaylı basketbolçulardan olan Amil Həmzəyev Ukraynada mövsümün başa çatması ilə doğma şəhəri Gəncəyə dönüb. İki ildir ki, “Kremençuk” klubunda oynayan mərkəz hücumçusunun komandası çempionatın yekunlarına əsasən, Super Liqaya yüksələ bilməyib. Kremen təmsilçisi pley-offda mübarizəni dayandırıb. Həmyerlimizin komandası çempionatdakı uğursuzluğu basketbolun 3X3 növündə sığortalayıb. Belə ki, Həmzəyevin də daxil olduğu “4-lük” Kiyev Kubokunda uğurla yarışaraq qitə turnirinə vəsiqə qazanıb.
- Baxış: 890