• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 01.06.2018 15:57

Gəncədə Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi qeyd edilib

KepezTV Player

Gürcüstan və Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən suveren bir dövlət olaraq sivil münasibətləri, iqtisadi-siyasi, mədəni əlaqələrini məqsədyönlü şəkildə daim inkişaf etdirir. Hər iki ölkə bu il müstəqilliyinin 100 illiyini qeyd etməsi xalqların tarixi seçimi, demokratik dəyərlərə sadiqlik, insan hüquqlarının qorunması, tolerantlıq və gender bərabərliyinin aydın nümunəsidir. Gürcüstanın müstəqilliyinin 100-cü ildönümü münasibəti ilə təşkil edilən rəsmi qəbulda bu ölkənin Gəncədəki baş konsulu Mamuka Balavadze belə deyib. Artıq 27 ildir müstəqil ölkə olaraq dinamik şəkildə inkişaf edən enerji, nəqliyyat, ticarət, investisiyalar və digər sahələrdə uğurlu nəticələr əldə edən hər 2 dövlətin 100 il əvvəl əsası qoyulan dövlətçilik ənənələrinə əsaslandığı vurğulanıb. Azərbaycanın Gürcüstana investisiya yatıran ölkələr sırasında liderliyinə diqqət çəkən Gəncə şəhərinin icra Başçısı Elmar Vəliyev Gəncə ilə Kutaisinin qardaş şəhərlər olduğunu, 100 il bundan əvvəl Tbilisidə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 3 ay ərzində Gəncədəki fəaliyyətinə toxunub. 2 ölkə arasında olan münasibətlərin regional əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb.