• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 01.06.2018 14:42

İsrailli həkimlər Gəncədə əhalini pulsuz müayinə edirlər

KepezTV Player

İsraildən olan həkimlər Gəncədə əhalinin ödənişsiz müayinəsini aparır. Ayda 1 dəfə olmaqla Gəncəyə gələn həkim briqadası gün ərzində 30-dan artıq sakini tibbi yoxlamadan keçirir. Onlar endokrinoji, onkoloji və nevroloji müayinələrdən keçirilir, həkim-terapevt və həkim-travmatoloqun qəbulunda olurlar. Bütün müasir avadanlıqlarla təchis olunmuş tibb mərkəzində ehtiyac olduğu təqdirdə pasientlərə İsraildə müalicə üçün göndərişlərin verilməsi nəzərdə tutulub.

Dünyada olduğu kimi Azərbaycanda da posientlərin əksəriyyəti nevroloji, onkoloji və ortopedik xəstəliklərlə müraciət edir. Lazımi yardım burda göstərilir. Texnoloji yeniliklərin tətbiqi və dərman preparatları ilə təminat aparılır. Qarşıdakı aylarda tələbata uyğun olaraq ginekologiya, urologiya, oftalmoloq, dəri-zöhrəvi, allerqiq həkim briqadasına daxil ediləcək