• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 01.06.2018 13:31

Sərhədi pozmağa çalışan 4 əcnəbi saxlanılıb

KepezTV Player

Hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində döv­lət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­vasının xid­məti sahəsində “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azər­baycan ərazisindən İran istiqa­mə­tində hərəkət etmələri aşkar olunub.Saxlanılan sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 4 ədəd mobil telefon və şəxsi əşyalar olan çantalar aşkar olun­ub.Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - Hossain Lokman, Hos­sain Rintu, İslam Saiful, Talukdar Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Uni­versi­tetinin tələbələri olmaları müəyyən edilib.