• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 01.06.2018 13:15

Ər arvadını döyüb xəstəxanalıq etdi

KepezTV Player

Oğuzda 47 yaşlı qadın əri tərəfindən döyülüb. Rayonun Qumlaq kənd sakini, Məhbubə Xəlilova Oğuz Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Tibbi yardım göstərildikdən sonra qadın müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib. Məhbubə Xəlilova xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Beyin silkələnməsi və qapalı kəllə-beyin travması alan Məhbubə Xəlilovanı əri, 58 yaşlı Osman Xəlilovun münaqişə zəminində döydüyü bildirilir. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.