• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 01.06.2018 11:02

Samsungdan yeni smartfon: Galaxy Wide 3

Cənubi Koreyanın Samsung şirkəti Galaxy Wide 3 modelini təqdim edib. Aparat HD formatlı (5,5 düymlük) ekranla təchiz edilib. 1,6 qeqahersədək takt tezliyində işləyən və 8 hesablama nüvəsindən ibarət prosessorun markası dəqiq məlum deyil. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 32 qiqabaytdır. Həm ön, həm də arxa kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir. Akkumulyator batareyasının tutumu 3300 milliamper saatdır. SİM-kartlar üçün iki slot, vay-fay, blutuz 4.1, GPS və Qlonass simsiz rabitə texnologiyaları dəstəklənir. VoLTE funksiyası LTE şəbəkəsində səsli zənglər etməyə imkan verir. Smartfon Android 8.0 Oreo mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Yeni telefon gümüşü və qara rəngli korpuslarda əlçatandır. Samsung Galaxy Wide 3 modeli təxminən 275 ABŞ dollarına Cənubi Koreya bazarında satışa çıxarılıb. Yeni smartfonun başqa ölkələrə tədarük müddəti barədə hələ heç bir məlumat verilməyib.