Kənd təsərrüfatı naziri İnam Kərimov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin Məzun yarmarkasında iştirak edib.Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, təhsil standartlarının əmək bazarının tələblərinə uyğun olaraq yeniləndirilməsi, maddi-texniki bazadan səmərəli istifadə etməklə tələbələrin prakik bilik və bacarıqlarının inkişaf etdirilməsi, aqrar sahədə sahibkarların diqqətini cəlb edən elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, “Aqrar məsləhət xidməti”nin fəaliyyəti, aparıcı müəssisə və təşkilatlarla əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatında yerinə yetirilən texnoloji proseslərin bütün mərhələlərində universitetin professor-müəllim və tələbə heyətinin fermerlərin yanında olmasının vacibliyi və bu istiqamətdə görülən işlərlə, eləcə də universitetin maddi-texniki bazası ilə tanışlıq olub.Çıxışlarda qlobal çağırışlara cavab verən mütəxəssis hazırlığının həyata keçirilməsinin məhz aqrar təhsillə bağlı olduğu, ADAU-da hazırlanan kadrların yüksək təhsilli olması, 2018/2019-cu tədris ilində bakalavriat səviyyəsində əlavə olaraq üç kənd təsərrüfatı ixtisası-“bitki mühafizəsi”, “şərabçılıq”, “bağçılıq və tərəvəzçilik” ixtisasları üzrə tələbə qəbulunun aparılacağına diqqət çəkilib.Nazir İnam Kərimov universitetin tələbə şəhərciyinin ərazisində ağac əkib. Həmçinin bir vaxtlar məcburi köçkünlərin məskunlaşdığı tələbə yataqxanaları üçün binaların yerində kompusun yaradılmasının önəmini vurğulayıb. "Məzun 2018" yarmarkasına 41 rayondan 164 müəssisə 918 iş yeri təklif edib. Bu il universitetdən bakalavr və magistr olmaqla 1398 nəfər məzun olacaq.
- Baxış: 1573