• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 31.05.2018 14:53

Metroda cibgirlik edən şəxs yaxalandı

KepezTV Player

Metroda cibgirliklə məşğul olan şəxs ifşa olunub.Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın “İçərişəhər” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Faktka bağlı cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun oxşar cinayətlərdə iştirakının olub olmaması araşdırılır.