Chevrolet Corvette modelinin ən güclü variantı olan ZR1 superkarı 346 km/saat sürət yığmağa nail olub. Test gedişləri Papenburq poliqonunda baş tutub. Avtomobilin maksimal sürət yığması üçün onun kütləvi arxa antiqanadlarını çıxarıblar. Çünki onlar gediş zamanı təzyiq gücünü, düz yolda isə aerodinamik müqaviməti artırır. Chevrolet Corvette ZR1 ilk gedişdə 346 km/saat, ikincidə isə 338 km/saat sürətlənib. Nəticədə orta sürət göstəricisi 341 km/saat kimi götürülüb. Superkar 765 at güclü 6,2 litrlik aqreqatla şütüyür. 0-dan 96 km/saat sürəti maşın 2,85 saniyəyə yığır.
- Baxış: 605