Şəmkirdə yaşayan şəhid və imtiyazlı ailələrinin övladları üçün müxtəlif peşələr üzrə xüsusi kurslar təşkil olunur. Layihə çərçivəsində gənclər Kompyuterlərin təmiri və xidməti üzrə texnik, Mühasib və Dizayn kursları üzrə biliklər əldə edirlər. Kurslara Şəmkir rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan 30 gənc qatılıb. Müasir əmək bazarında rəqabətə davamlı peşə və ixtisaslara yiyələnməyə dəstək olan kurslar iki ay davam edəcək. Kursda iştirak edən gənclər Şəmkir rayonunda fəaliyyət göstərən idarə və təşkilatlarda könüllü olaraq təcrübə keçə biləcəklər. Sonda iştirakçıların bilikləri test üsulu ilə qiymətləndiriləcək. Gənclərdən 3-ü diplom digərləri isə iştirakçı sertifikatı əldə edə biləcəklər.
Güllü Atakişiyeva layihənin rəhbəri: layihənin keçirilməsində əsas məqsəd şəhid ailələrinin və aztəminatlı ailələrin gənclərinin rəqabətə davamlı gənc kimi formalaşmasına şərait yaratmaqdır. Əsas üz tutudğumuz sahələr isə bu gün müasir tələb lərə cavab verən peşələri öyrədək. Hansı ki bu peşələr bizim gündəlik həyatımızada çox vacibdir.
Şəmkirli gənclər həmçinin Cümhuriyyət ili çərçivəsində “100 illik İSTİQLAL” başlığı altında Xəmsə Milli İntellektaul Oyunları formatında bilik yarışının iştirakçısı olub. Turnir Şəmkir rayonunun 16 məktəbini əhatə etməklə 64 komandanın iştirakı ilə reallaşıb. Bilik yarışında sualların əsasını Azərbaycanın tarixi, keçmişi və ənənələri, milli mədəniyyətimiz, eləcə də digər sahələri əhatə edib. Gərgin və maraqlı keçən bilik yarışında 4 komanda final mərhələsinə vəsiqə qazanıb. İlk üç yeri tutan qalib komandalar kubok, medal və sertifikatlarla təltif olunublar.
Natiq Hüseyn
- Baxış: 722