• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1954
— 29.05.2018 13:23

22 yaşlı oğlan bıçaqlandı

KepezTV Player

Bakı sakini mübahisə zamanı bıçaqlandı.Bakının Nəsimi rayonunda qanlı olay yaşanıb. Hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib. 22 yaşlı Nurlan Cəbrayılov tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.Yaralı xəstəxanaya yerləşdirilib. Daha bir bıçaqlanma rayonun Hüseynbala Əliyev küçəsində qeydə alınıb. 38 yaşlı Rövşən Əhmədov evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Mübahisənin sonunda o, bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.