• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 28.05.2018 13:20

Qadını bir ayda iki dəfə ilan sancdı

KepezTV Player

Şəkinin Kiçik Dəhnə kənd sakini 59 yaşlı Nuxta Xudaverdiyeva ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlumata görə, qadın yaşadığı evin həyətyanı sahəsində kartof çıxaran zaman ilan qəfildən onun sağ əlinin dördüncü barmağından sancıb. Xudaverdiyevaya lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. Kənd sakini bir ay əvvəl də ilan sancması diaqnozu ilə Şəki MRX-da müalicə alıb.