• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 26.05.2018 16:16

Gəncədə tibb müəssisələrinin yanğın təhlükəsizliyi məsələsi müzakirə olunub

KepezTV Player

Gəncənin və ətraf rayonların tibb müəssisələrinin yanğın təhlükəsizliyinin məsul şəxşləri üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən maarifləndirici görüş olub. Tibb müəssisələrində yanğın təhlükəsizli ilə bağlı görülən qabaqlayıcı tədbirlər, texniki təlimatlar, binaların ehtiyat yanğın çıxışları və yanğınsöndürən balonlarla təminat müzakirə mövzusu olub.Təlim videoçarxlardan istifadə edilməklə aparılıb. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları xəstəxanalarda yanğınsöndürənlər üçün ehtiyat hovuzların daim hazır vəziyyətdə olmasının vacibliyinə toxunublar. Müəssisələrdə yanğın təhlükəsizliyi və elektrik enerjisindən təhlükəsiz istifadə edilməsi tədbirləri barədə nəzarətin həyata keçirilməsi üçün 6 nəfərdən ibarət komissiyanın fəaliyyətinə diqqət çəkilib. Tədbirdə mütəxəssilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.