• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 25.05.2018 11:03

Bu avtomobildə son 16 ildə ölən olmayıb

Volvo XC90 ofroudu Böyük Britaniyada ən təhlükəsiz avtomobil seçilib. 2002-ci ildən istehsal olunan maşında qəza zamanı bir dəfə də olsun ölüm qeydə alınmayıb. Birləşmiş Krallıq ərazisində 2012-ci ildə 50 mindən çox XC90 satılıb. Modelin əsas özəllikləri təcili əyləc sistemi və mümkün toqquşmanı xəbərdar edən sistemdir. Ofroud bu funksiyalarla təmin olunan ilk avtomobillərdəndir. Bu tip sistemlərdən istifadə sayəsində toqquşma ehtimalı 38 faiz azalır və belədə yaxın 10 ildə 1100 insan həyatını xilas etmək mümkündür. Analoji vəziyyətdə sığorta məbləği də azalır.